Almaniyanın "Sea-Eye” qeyri-hökumət təşkilatına məxsus "Alan Kurdi” gəmisi Aralıq dənizində 44 miqrantı xilas edib.
Bu barədə təşkilatın mətbuat xidməti Tvitter səhifəsində xəbər verir.
Malta donanması qaçqınları "Alan Kurdi” gəmisindən qəbul edərək sahilə çatdırmalıdır.
Bundan əvvəl Malta hökuməti Liviya sahilləri yaxınlığında "Alan Kurdi” gəmisindən alınmış 65 miqrantı qəbul edib.
Avropa Komissiyası və Almaniya ilə razılığa əsasən qaçqınlar Maltadan Avropa İttifaqının digər ölkələrinə göndəriləcək.
