7 ayda 41 mindən çox şəxs uşağın anadan olmasına görə müavinət alıb


  • 10:42

Bu ilin yanvar–iyul aylarında 41 151 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Bu barədə e-huquq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Müavinət ödənişləri 19 147 nəfər qız, 22 004 nəfər oğlan uşağına görə aparılıb.

Oxşar xəbərlər