Azərbaycan neftinin qiyməti 97 dolları ötdü


  • 13:34

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

E-huquq.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,44 dollar və ya 0,46% artaraq 97,12 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 96,68 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Oxşar xəbərlər