- 15:06
Bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
E-huquq.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.
Bundan əvvəl avqustun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, avqustun 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib.