Dünya bazarında neft ucuzlaşdı


  • 08:45

Dünya bazarında neft qiymətləri həftənin son ticarət sessiyasını ucuzlaşma ilə başa vurub.

E-huquq.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,42 dollar və ya 0,47% azalaraq 88,10 ABŞ dollarına düşüb.

ABŞ-ın “WTI” markalı neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,13 dollar və ya 0,16% azalaraq 83,40 dollar təşkil edib.

Neftin ucuzlaşması Hörmüz boğazında tədarükün normallaşacağına dair gözləntilərin güclənməsi və Yaxın Şərqdə diplomatik səylərin davam etməsi fonunda təkliflə bağlı narahatlıqların azalması ilə əlaqələndirilir.

Oxşar xəbərlər