Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA


  • 11:37

Azərbaycanın əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb.

E-huquq.az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 11:00-a olan məlumatında qeyd edilib.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Düşən yağıntının miqdarı Balakəndə 8, Kəlbəcər, Gədəbəydə 7, Daşkəsəndə 5, Göygöldə 4, Goranboyda 3, Sədərəkdə 2, Şəki, Tovuz, Şahdağ, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Şahbuzda 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Culfada 17 m/s, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 36, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.

Oxşar xəbərlər