- 31 Avqust 20:27
Bu ilin avqust ayı ərzində Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 152 023 nəfər olub.
Bu barədə e-huquq.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, onların 116 068 nəfəri yaşa, 12 894 nəfəri əlilliyə, 23 061 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.