Biləcəriyə gedən yolun eniş hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq


  • 2 Sentyabr 23:48

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcəyi bildirilib.

Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Oxşar xəbərlər