Məzmuna keç

Ötən ay 27 nəfər dərmandan, 4 nəfər sirkə turşusundan zəhərlənib

Ötən ay 27 nəfər dərmandan, 4 nəfər sirkə turşusundan zəhərlənib

İyun ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhələrlənmələrlə bağlı 51 müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, ötən ay qida zəhərlənməsi ilə bağlı müraciət olmayıb: “Ötən ay 27 nəfər dərmandan zəhərlənib. 17 nəfər ilan zəhərlənməsi, 3 nəfər isə əqrəb sancmasına görə müraciət edib. İlan sancması ilə bağlı əsasən bölgələrdən, əqrəb sancması isə bağlı isə Bakıətrafı kəndlərdən müraciətlər olub. Ümumilikdə iyun ayında sirkə turşusundan zəhərlənmə ilə bağlı 4 nəfər müraciət edib".

Mənbə: APA