"Aliment Fondunun həm müsbət, həm də mənfi tərəfləri ola bilər" - VİDEO


  • 16 Aprel 2021 14:45

"Azərbaycanda Aliment Fondunun yaradılmasının müsbət və mənfi tərəfləri ola bilər".

Bunu e-huquq.az-a müsahibəsində millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

Deputat fondun yaradılmasının müsbət tərəflərinə toxunub: "Bəzən valideynin aliment ödəməyə imkanı olmur. Bu baxımdan Aliment Fondu yaradılması lazımlıdır. Bəzi hallarda isə iki uşağa görə alimentin ödənilməsində çətinlik olur, valideynin buna maddi imkanı çatmır. Məsələn, iki uşağa görə 350 manat aliment ödənilməlidir. 350 deyirəm, çünki minimal yaşayış həddi 175 manatdan hesablanır. Amma onun əmək haqqı 350 manat ola bilər. Düzdür, bu halda məhkəmə təcrübəsi var, müəyyən məbləğ təmin edilir və ödənilir. Nəzərdə tutulan məbləğ məsələn, 150, 200, 300 manat onun əmək haqqından çıxılır və sabit olaraq bu təmin edilir".

K.Cəfərov qeyd edib ki, digər tərəfdən fondun imkanlarından sui-istifadə etməyə çalışanlar da ola bilər: "Məsələn, maddi imkanı olan şəxs bilsə ki, belə bir fond var, onun imkanlarından istifadə etmək üçün sui-istifadə hallarına yol verə bilər. Amma hesab edirəm ki, bu sahədə hüquq-mühafizə orqanlarının şəffaf fəailiyyəti nəticəsində Aliment Fondunun səmərəli fəaliyyətinə imkan yaradıla bilər. Həm hüquq-mühafizə orqanlarının şəffaf fəailiyyəti, həm də Aliment Fondunun şəffaf fəaliyyəti uşaqların sosial rifahı üçün böyük dəstək ola bilər".

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu