“Azərbaycanda doğum sayı ildən-ilə azalır”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, doğum sayının azalması məktəblərdə şagird sayına da təsir göstərir. Bununla belə, bəzi məktəblərdə siniflərdə şagird sıxlığı hələ də yüksək olaraq qalır.
“Uşaqların sayının azalması fonunda məktəblərdə bəzi siniflər bağlanır. Lakin hələ də bir sinifdə 35-40 şagirdin təhsil aldığı məktəblər var. Siniflərdə şagird sayı azaldılmalı, zərurət yarandıqda siniflər bölünməlidir. Bir sinifdə şagirdlərin sayı maksimum 18 nəfər olmalıdır”, – deyə deputat qeyd edib.
T.Rzayev vurğulayıb ki, yalnız bu halda şagirdlərin keyfiyyətli təhsil alması üçün daha əlverişli şərait yaratmaq mümkündür: “Bu məsələnin həllinin təkcə Elm və Təhsil Nazirliyinin deyil, hamının vəzifəsidir”.
Şəbnəm Mehdizadə
