Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən imtahanın nəticələri elan olundu


  • 18 Mart 15:35

17 mart 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi kağız daşıyıcılar vasitəsilə BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib.

Dövlət İmtahan Mərkəzindən e-huquq.az-a verilən xəbərə görə, namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 219 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 21, BB2 altqrupu üzrə 37, BB3 altqrupu üzrə 40, BB4 altqrupu üzrə 46 nəfər olmaqla, ümumilikdə 144 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 19 mart saat 10:00-dan 21 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu