Vəkillər Kollegiyasının futbol komandası türk dövlətləri vəkillərinin I futbol turnirində iştirak edib - FOTO


  • 15:47

11-12 sentyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) kişi vəkillərdən ibarət futbol komandası Özbəkistan Respublikası Vəkillər Palatasının təşkilatçılığı ilə Daşkənd şəhərində keçirilən türk dövlətləri vəkillərinin I futbol turnirində iştirak edib.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

2 qrup üzrə 7 komandanın mübarizə apardığı turniri VK üzləri 4-cü pillədə başa vurub.

Qeyd edək ki, Qazaxıstan Vəkillər Kollegiyasının üzvləri turnirin qalibi olub.

Oxşar xəbərlər