- 14 Sentyabr 19:28
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığa uyğun olaraq birgə tədbirlər davam etdirilir.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Növbəti dəfə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində 5 saylı cəzaçəkmə müəssisəsində və Lənkəran penitensiar müəssisəsində Lənkəran Vəkil Bürosu və Salyan Vəkil Bürosunun vəkilləri tərəfindən 50 nəfərə yaxın məhkuma müxtəlif məsələlər ətrafında pulsuz hüquqi yardım göstərilib.