“Avropa İnsan Hüquqları Konvensiyasına Giriş” mövzusunda baş tutacaq təlimlərlə bağlı onlayn təqdimat keçirildi


  • 28 Aprel 2021 23:25

Bu gün Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi, o cümlədən Vəkillər Kollegiyası ilə birgə əməkdaşlıq çərçivəsində HELP üzrə (Hüquqşünaslar üçün İnsan Hüquqlarının Tədrisi üzrə Avropa Proqramı) vəkillər üçün “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinə giriş” mövzusunda baş tutacaq təlimlərlə bağlı onlayn görüş və təqdimat keçirilib.

E-huquq.az xəbər verir ki, bu tədbirin məqsədi iştirakçılara HELP təlim metodologiyası və keçiriləcək təlimlərlə bağlı ilkin məlumat verməkdir.

Açılış Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Avropa Şurasının Bakı Ofisi rəhbərinin müavini Kyrylo Boicheniuk və Avropa Şurasının Layihə meneceri Mahir Müştehidzadə tərəfindən edilmiş, bu kimi təlimlər nəticəsində vəkillərin insan hüquqları üzrə tədrisin müasir metodlarına yiyələnmələrinin əhəmiyyəti vurğulanmışdır.

Daha sonra, HELP proqramı üzrə təlimçilər Bakı İnzibati Məhkəməsinin hakimi İlkin Rəcəbov və Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov “Avropa İnsan Hüquqları Konvensiyasına giriş” və “Avropa İnsan Hüquqları Konvensiyasının milli qanunvericilikdə tətbiqi” mövzularında keçiriləcək təlimlərlə bağlı ilkin məlumatlar vermişdirlər.

Qeyd edək ki, 1 ay davam edəcək təlimlərdə Vəkillər Kollegiyasının 49 üzvü iştirak edəcək və kursu uğurla başa vuran iştirakçılara Avropa Şurasının HELP sertifikatı təqdim olunacaq.

Oxşar xəbərlər