Dövlət tərəfindən Vəkillər Kollegiyasına yeni inzibati bina ayrıldı - FOTO


  • 8 İyun 2021 13:24

Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yeni bina ayrılıb.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 iyun 2021-ci il tarixli, 335 saylı Sərəncamı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə Bakı şəhərində möhtəşəm bina ayrıldı. Beləliklə, Cənab Prezidentin 2005-ci və 2018-ci illərdə vəkilliyin güclənməsi naminə qəbul etdiyi müvafiq Sərəncamlarda Vəkillər Kollegiyası üçün Bakı şəhərində bina ilə bağlı Nazirlər Kabinetinə verdiyi tapşırıqlar icra olundu", - deyə o bildirib.

Kollegiya sədri vəkilliyin inkişafına göstərdikləri dəstəyə görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib: "Xüsusilə mürəkkəb bir məsələ idi, çox xoşbəxtəm ki, sədr seçildiyim gündən etibarən rast gəldiyim ən çətin problemlərdən biri həllini tapdı. İnanıram ki, tezliklə müasir və modern "Vəkil Evi" vəkillərimizin istifadəsinə veriləcək. Bütün vəkillər adından Möhtərəm Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya vəkilliyə göstərdikləri misilsiz dəstəyə görə minnətdarlığımı bildirirəm".

Oxşar xəbərlər