"Vəkillik məktəbi" kursunun məzunları imtahanda yüksək nəticə göstərdilər

20 saylı Vəkil Bürosu tərəfindən təşkil edilən hazırlıq kursunun məzunları bu gün keçirilən vəkilliyə qəbul üzrə yazılı test imtahanında iştirak ediblər


  • 8 Sentyabr 2019 14:48

Vəkillər Kollegiyasının təşəbbüsü ilə 20 saylı Vəkil Bürosu tərəfindən təşkil edilən hazırlıq kursunun məzunları bu gün keçirilən vəkilliyə qəbul üzrə yazılı test imtahanında iştirak ediblər.

E-huquq.az xəbər verir ki, "Vəkillik məktəbi" kursunun 10 nəfərdən ibarət ilk məzunları imtahanda yüksək nəticə göstərərək, növbəti mərhələyə keçiblər.

Həmin şəxslər arasında əvvəllər imtahandan keçə bilməyən namizədlər də olub ki, məhz "Vəkillik məktəbi" kursları sayəsində bu uğuru əldə ediblər.

Bütün bunlar 20 saylı Vəkil Bürosu tərəfindən təşkil edilən kursların tədris əhəmiyyətini bir daha nümayiş etdirir.

Qeyd edək ki, tədris kurslarına 1 iyul 2019-cu il tarixdən başlanılıb. Dərslər həftənin iş günləri axşam saatlarında, həftənin şənbə günləri isə gündüz saatlarında keçirilir. "Vəkillik məktəbi" kursları aylıq 16 akademik dərs saatı və kompüter vasitəsilə sınaq imtahalarını əhatə edir. Bu isə dinləyicilərə kompüter test prosesini əvvəlcədən mənimsəmək və hazırlıq səviyyəsini adekvat qiymətləndirmək imkanı yaradır.

"Vəkillik məktəbi" kursunun tədris proqramı vəkil statusu almaq istəyənlər üçün son dəyişikliklərə uyğun şəkildə, yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanmışdır. Məşğələlərdə mühazirəçi qismində bu sahədə kifayət qədər vəkillik və tədris-təlim təcrübəsinə malik, ölkənin qabaqcıl ali tədris müəssisələrinin müəllim kollektivi çıxış edir. Tədris materialları Vəkillər Kollegiyası Rəyasət Heyətinin təsdiq etdiyi yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılır. Tədris olunan mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunacaq. Tədris olunacaq əsas mövzu blokları:

1. Mülki hüquq; 2. Mənzil, vərəsəlik, əmək və ailə hüququ; 3. Mülki proses; 4. İnzibati proses; 5. Cinayət hüququ və cinayət prosesi; 6. Konstitusiya hüququ, beynəlxalq hüquq;

Kursu bitirən şəxslərə ixtisas artımı barədə sertifikat verilir. Dərslər Bakı şəhəri, Məmməd Araz 105A ünvanda keçirilir. Cinayət hüququ, cinayət prosesi, inzibati hüququ - hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin dosenti. Qədirov Asif Xanoğlan oğlu tədris edir.

Kurslarda iştirak etmək üçün 012-561-00-13, 070-746-33-49 telefon nömrələrinə və ya [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.

Oxşar xəbərlər