"Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimova simvolik vəkil vəsiqəsi təqdim edib.
E-huquq.az-ın xəbərinə görə, A.Bağırov bildirib ki, G.Kərimov əvvəl vəkil kimi fəaliyyət göstərib, daha sonra dövlət qulluğunda çalışdığı üçün onun vəkillik fəaliyyəti dayandırılıb: "Fəaliyyətin dayandırılması vəsiqədə öz əksini tapıb".
G.Kərimov göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, konfrans Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Vəkillər Kollegiyasının təşkilatçılığı ilə keçirilib.
