“İndiyədək 400-dən çox vəkilə elektron imza təqdim edilib".
E-huquq.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov deyib.
O bildirib ki, "Elektron-məhkəmə" sistemində şəxsi kabinetlə bağlı 1000-dən çox vəkilə təlim keçirilib: "Məndə olan məlumata görə, indiyədək 650-dən çox vəkil elektron kabinet açıb".
Nazirlik rəsmisi onu da əlavə edib ki, əgər maliyyə imkanları şərait yaratsa, 2019-cu ilin sonunadək bütün vəkillər elektron imza ilə təmin ediləcək.
