- 19:30
"Dövlət orqanları insan alverinə qarşı mübarizə sahəsində davamlı, sistemli və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərib və biz bunun müsbət nəticələrini artıq görməkdəyik"
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, dövlət orqanları, vətəndaş cəmiyyəti və medianın vahid mövqeyi insan alverinə qarşı mübarizəni, həqiqətən də, milli səviyyədə birgə mübarizəyə çevirib: "Baxmayaraq ki, bəzi beynəlxalq təşkilatlar müəyyən hallarda qeyri-obyektiv hesabatlar təqdim edirlər, əməkdaşlıq buna rəğmən davam etdirilir".
Komitə sədrinin sözlərinə görə, 2025–2030-cu illər üçün yeni fəaliyyət planında dünyada və regionda baş verən bir sıra münaqişələr insan alveri üçün potensial təhdidlər kimi qiymətləndirilməli və bu amillər gələcək strategiyalarda nəzərə alınmalıdır.
"Rəqəmsal alətlərin və müasir texnologiyaların tətbiqi, bununla yanaşı, insan hüquqlarının səmərəli müdafiəsi əsas vəzifələrdən biri olmalıdır", - deyə Ə.Hüseynli qeyd edib.
Şəbnəm Mehdizadə