Deputat: "İnsan alverçilərinin fəaliyyət dairəsi kifayət qədər daralıb"


  • 12:02

"İnsan alveri təkcə hüquqi deyil, həm də mənəvi cinayətdir"

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

O bildirib ki, dövlətimiz insan alveri ilə mübarizədə prinsipial mövqe tutur: "Bu mübarizə ilə təkcə Daxili işlər Nazirliyi məşğul olmur. Digər aidiyyəti qurumların hesabatları da göstərir ki, insan alveri ilə mübarizə məsələsi hər kəsin diqqətindədir. Azərbaycan hüquqi, demokratik dövlətdir. Hesab edirəm ki, bu sahədə kompleks işlər aparılır. Görülən işlər sayəsində insan alverçilərinin fəaliyyət dairəsi kifayət qədər daralıb. Qeyd edim ki, Daxili İşlər Nazirliyi deputatlarla da bu məsələdə əməkdaşlıq edir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər