"Azərbaycanda cinayətkarlığa qarşı effektiv mübarizə təşkil olunub" - Qüdrət Həsənquliyev


  • 12:29

Bu gün ölkəmizdə cinayətkarlığın səviyyəsində artım müşahidə olunmur.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycanda cinayətkarlığa qarşı effektiv mübarizə təşkil olunub.

"Daxili İşlər Nazirliyi tərəfindən xüsusilə maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsinə böyük diqqət yetirilir. Bu istiqamətdə görülən işlərə görə təşəkkürümü bildirirəm. Xaricə iş dalınca gedən əmək miqrantları ilə bağlı işlər də düzgün şəkildə təşkil olunub. Dünya təcrübəsi göstərir ki, xüsusilə müharibə bölgələrindən inkişaf etmiş ölkələrə üz tutan şəxslər arasında cinsi istismara məruz qalanların sayı artmaqdadır. Demək olar ki, mətbuatda hər gün bu cür hallarla qarşılaşırıq. Lakin şükürlər olsun ki, Azərbaycanda bu sahədə vəziyyət nəzarət altındadır", - deyə Q.Həsənquliyev qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər