- 21:22
“İstilik mövsümünün müddəti ilə bağlı deyə bilərik ki, artıq bu barədə Nazirlər Kabineti və Ekologiya Nazirliyi ilə birlikdə bizim işçi qrup yaradılıb”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.
"Daxil olan bütün müraciətləri əsas götürərək biz bu sahədə işləyirik. Hazırda ölkənin iqlim şəraiti coğrafi ərazilər üzrə qiymətləndirilməkdədir. Bu qiymətləndirmədən aslı olaraq daha soyuq dağ, dağətəyi və aran rayonlarında istilik mövsümünün müddətləri tənzimlənəcək. Bunun qanuna əlavə edilməsi problem doğurmur", - İlham Mirzəyev əlavə edib.
Qeyd edək ki, Azərbaycanda payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir.