- 16 May 23:54
Plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Xüsusi Təftiş Komissiyasına Baş Prokurorluğun, Elm və Təhsil Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları daxil edilib. Məhz bu komissiyanın işi nəticəsində Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə fəaliyyəti göstərməyə icazə verilmiş 42 plastik cərrah müəyyən olunub. Həmin siyahı dərc edilərək ictimaiyyətə çatdırılıb.
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında səhiyyə naziri Teymur Musayev deyib
O qeyd edib ki, siyahıdan kənarda qalan digər ixtisaslı cərrahlara öz ixtisasları çərçivəsində plastik və rekonstruktiv cərrahiyyəyə aid müəyyən əməliyyatları icra etməyə icazə verilib.
"Bu məsələnin qanun çərçivəsində öz həllini tam tapdığını bildirmək istəyirəm", - deyə nazir vurğulayıb.