- 17:08
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın paytaxtı Tehranda səfərdədir.
E-huquq.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Tehranda Prezident Məsud Pezeşkian və 53 ölkədən nümayəndələrin iştirakı ilə Dialoq Forumu işə başlayıb. Hikmət Hacıyevin də qatıldığı tədbir İran XİN-də keçirilir və mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahianın xatirəsinə həsr olunub.
Foruma 40 tematik panel daxildir.