- 17:08
Cənubi Qafqaz regionu bizim ortaq evimizdir. Bu bölgənin gələcəyi qonşularla birgə əməkdaşlıqdan keçir. Biz İran, Rusiya və Türkiyə ilə əməkdaşlıq yolu ilə regionda sabitlik və inkişafı təmin etmək istəyirik.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranda keçirilən “Tehran Dialoq Forumu” çərçivəsində bildirib.
Onun sözlərinə görə bölgənin gələcəyini region ölkələrinin öz maraqları çərçivəsində müəyyən etməsi vacibdir.
“İran, Rusiya, Azərbaycan və Türkiyə arasında çox sıx və bir-birini tamamlayan münasibətlər mövcuddur. Xarici müdaxilələr olmadan regional problemləri birlikdə həll etməliyik”,- o qeyd edib.