Prezidentin köməkçisi: Xarici qüvvələr sülhü pozmağa çalışır


  • 17:08

Azərbaycanın Ermənistana təqdim etdiyi sülh təklifi, bölgədə sabitlik və qarşılıqlı etimadın qurulması üçün ciddi iradə və xoş niyyətin göstəricisidir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranda keçirilən “Tehran Dialoq Forumu” çərçivəsində bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda hazırda sülh mühiti mövcuddur, lakin bəzi xarici qüvvələr bu prosesi pozmağa çalışır. Azərbaycan isə diqqətini bölgədə sabit və davamlı sülhün qurulmasına yönəldib.

Oxşar xəbərlər