“Korrupsiya ilə mübarizədə əsas diqqətimizi əməkdaşlığa yönəldirik” - Brigitte Strobel-Şav


  • 09:39

“Biz əsas diqqətimizi korrupsiya ilə mübarizədə əməkdaşlığa yönəldirik”.

E-huquq.az xəbər verir ki, bunu UNODC-nin Korrupsiya və İqtisadi cinayətkarlıqla mübarizə İdarəsinin rəisi Brigitte Strobel-Şav BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – "GlobE Network"un VI Plenar iclasının açılışında deyib.

O, müvafiq orqanlar arasında əlaqələrin qurulması üçün bu tədbirin vacibliyini vurğulayıb: “Korrupsiya sərhəd tanımır. Buna görə də korrupsiya ilə mübarizədə formal və qeyri-formal, ikitərəfli, çoxtərəfli şəkildə əməkdaşlıq etməliyik. Düşünürəm ki, konkret vasitələrdən istifadə etməliyik. Bu sessiyalar bizə etimad qurmaq imkanları yaradır”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər