- 18:40
"Bir çox hallarda korrupsiya vətəndaşların hüquqlarını əlindən alır və idarəçiliyin əsaslarını sual altında qoyur"
E-huquq.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin – "GlobE Network"un VI Plenar iclasının açılışında deyib.
O bildirib ki, korrupsiya dövlətlərin iqtisadi əsaslarını sarsıdır: "Biz tərəfdaşlığımızı gücləndirməliyik ki, hesabatlılıq və şəffaflıq artsın. Əminəm ki, Azərbaycan fəal üzv kimi bundan sonra da korrupsiyaya qarşı mübarizədə və vəsaitlərin geri qaytarılmasında ciddi uğurlar qazancaq".
Şəbnəm Mehdizadə