- 13:20
Rusiya ərazisinə yüzlərlə kiloqram heroinin daşınmasında ittiham olunan Tacikistan vətəndaşı Emomov Tağaymurod Azərbaycanda saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə TASS Rusiya hüquq-mühafizə orqanlarından məlumat əldə edib.
Onun Rusiyaya ekstradisiya ediləcəyi gözlənilir.
İttiham tərəfinin versiyasına görə, təqsirləndirilən şəxs küllü miqdarda narkotikin dövriyyəsini təşkil edib. Emomovun kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya heroin daşıdığı bildirilir. Bu iş üzrə bir çox təqsirləndirilən şəxs artıq cinayət məsuliyyətinə cəlb olunub. Onlar Emomovu təşkilatçı kimi ifşa edən ifadələr veriblər, bəziləri isə artıq cəza müddətlərini başa vuraraq azadlığa buraxılıblar.