- 19:23
Sumqayıt şəhərində iki müxtəlif ünvanda avtomat silahlar aşkarl edilib.
E-huquq.az verir ki, keçirilən tədbirlərlə şəhərin Yaşma bağları ərazisində 1 ədəd 7,62 çaplı “AK-74 Kalaşnikov” markalı avtomat, "Betonzavod" yaşayış massivində isə 1 ədəd 5,45 çaplı “AK-74 Kalaşnikov” avtomatı aşkarlanıb.
Aşkarlanmış silahlarla bağlı aidiyyəti üzrə araşdırmalara başlanılıb.