Keyfiyyətli yuxu üçün nələrə diqqət etməliyik?


  • 23 May 16:52

Elektron cihazlardan daha çox istifadə, stresli həyat tərzi, nizamsız yemək vərdişləri yuxu keyfiyyətinə ciddi təsir göstərir.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, keyfiyyətli yuxu həm fiziki, həm də ruhi sağlamlığın təməlidir.

Mütəxəssislər məhsuldar yuxunun immunitet sistemi, yaddaş, çəki, əhval-ruhiyyəyə kimi bir çox sahəyə birbaşa təsir etdiyini bildirirlər.

Keyfiyyətsiz yuxu diqqət çatışmazlığı, öyrənmə çətinliyi, immunitet sisteminin zəifləməsi, depressiya və ürək xəstəliyi riskinin artması kimi ciddi nəticələrə səbəb ola bilər.

Bəs keyfiyyətli yuxu üçün nələrə diqqət etməliyik?

Keyfiyyətli yuxu üçün müntəzəm yuxu vaxtını təyin etmək, yuxudan öncə elektron cihazlardan istifadəni azaltmaq, kofein və ağır qidalardan uzaq olmaq, yataq otağından yalnız yuxu üçün istifadə etmək, gün ərzində idmanla məşğul olmaq vacibdir.

Unutmayaq ki, keyfiyyətli yuxu immunitet sistemini gücləndirir, zehni performansı yaxşılaşdırır, emosional tarazlığı təmin edir, metobolizmanı yaxşılaşdırır, dərinin sağlamlığını dəstəkləyir.

Humay Eminqızı

Oxşar xəbərlər