Paytaxtın bu ərazisində qaz olmayacaq


  • 27 May 08:59

Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

E-huquq.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki,Yasamal rayonu, Kənar Dairəvi küçəsindəki qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb.

"İşlərin yekunlaşdırılması məqsədi ilə 27.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə MİDA yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq",- deyə əlavə edilib.

Oxşar xəbərlər