- 31 May 10:14
"Lerikdə 17 kəndin əhalisi meşə fonduna daxil olan torpaqlarda yaşayır".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bu gün keçirilən iclasında söyləyib.
"Bu torpaqlar 100 il əvvəl meşə fonduna daxil edilib. Lakin insanlar 50-60 il əvvəl o torpaqlarda ev tikiblər. İndi isə həmin əhali tikdiyi evə çıxarış ala bilmir. Köhnəlmiş evini söküb yenisini tikə bilmir. Hesab edirəm ki, bu torpaqların təyinatının dəyişdirilməsi vacibdir. Əhali illərdir bu məsələnin həllini gözləyir", - deyə deputat bildirib.
Şəbnəm Mehdizadə