"Laçın Zirvə görüşü ilə Qarabağdakı quruculuq işləri dünyaya nümayiş etdirildi" - Deputat


  • 30 May 11:34

"Laçın Zirvə görüşü ilə Qarabağdakı quruculuq işləri dünyaya nümayiş etdirildi".

E-huquq.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İsgəndərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat qeyd edib ki, Azərbaycan bu görüş vasitəsilə dünyaya birgə əməkdaşlıq nümunəsi göstərdi.

"Azərbaycan Laçın Zirvə görüşündə birgə əməkdaşlığı dünyaya təbliğ etdi. Dostlarımız sevinir, düşmənlərimiz isə narahat olur. Təsadüfi deyil ki, bu görüşdən sonra Hindistan mətbuatında Ermənistanla birgə işləməyin vacibliyi qeyd edildi. Laçın Zirvə görüşü dostluğa, qardaşlığa söykənir. Hər üç liderin bəyanatında bu özünü göstərdi. Bu görüşdə bir daha vurğulandı ki, üç qardaş ölkə lazım olan vaxtda bir-birinin hüquqlarını beynəlxalq platformalarda müdafiə edəcək. Laçın Zirvə görüşü bu mənada hər üç ölkənin tarixinə qızıl hərflərlə düşəcək", - deyə o qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər