- 31 May 10:14
"Azərbaycanın ən ciddi problemlərindən biri Xəzər dənizinin suyunun geri çəkilməsidir".
E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında söyləyib.
Deputat bildirib ki, Xəzərin geri çəkilməsi nəticəsində süni torpaq sahələri yaranır və bu problem əvvəllər də mövcud olub.
"Gözümüzün qarşısında Urmiya və Aral faciələri var. Buna görə də biz bölgə dövlətləri olaraq Xəzər dənizinin suyunun geri çəkilməsini ən vacib strateji məsələ kimi qəbul etməliyik. Gələcəkdə Xəzərin səviyyəsinin azalması balıqçılığa da ağır zərbə vuracaq. Ona görə vaxtında düzgün addımlar atılmalıdır", - o qeyd edib.
Şəbnəm Mehdizadə