"Hakim, prokuror, vəkil qadınların sayı artıb"


  • 30 May 12:00

"Azərbaycanda gender siyasəti hər zaman prioritet olub".

E-huquq.az xəbər verir ki, bunun Milli Məclisin deputatı Hicran Hüseynova parlamentin bu gün keçirilən iclasında deyib.

O, gender bərabərliyi sahəsində əldə olunan müsbət nəticələrdən danışıb. Bildirib ki, gender bərabərliyinin təmin edilməsi istiqamətində ölkədə əhəmiyyətli dinamika müşahidə olunur.

"Qərarların qəbulunda, idarəetmədə iştirak edən qadınların sayı artmaqdadır. Eyni zamanda prokurorluq orqanlarında, vəkillik sahəsində, məhkəmə sistemində və hüquq-mühafizə sahəsində çalışan qadınların sayı da artır. Bu sahədə aparılan işlər daha da genişləndirilməlidir", - deputat qeyd edib.

H.Hüseynova qanunvericilik bazasının təkmilləşdirilməsi prosesinin də önəmli olduğunu vurğulayıb: "Əmək Məcəlləsinə edilən dəyişikliklər bu sahədə mühüm əhəmiyyət kəsb edir. Birgə səylər nəticəsində gender bərabərliyi istiqamətində aparılan proses davam etdiriləcək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər