Azərbaycanda sahibkarların 33 faizi qadınlardır


  • 30 May 12:12

"Azərbaycanda gender bərabərliyi ölkə rəhbərliyinin nəzarətindədir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, ölkədə qadınların müxtəlif sahələrdə təmsilçiliyi artır və bu, Azərbaycan hökumətinin qadınların iş imkanlarını təşviq edən ölkə olmasının göstərir: "Dövlət siyasəti və aidiyyəti qurumların məlumatları kompleks yanaşmanın mövcud olduğunu təsdiqləyir".

V. Bayramov qeyd edib ki, sahibkarların 33 faizi qadınlardır: "Bu isə o deməkdir ki, hər beş sahibkardan biri qadındır. Kiçik sahibkarlıqda qadınların nisbəti qənaətbəxşdir, lakin orta və iri sahibkarlıqda qadınların daha çox cəlb olunması vacibdir".

Deputat həmçinin qadın və kişilərin əmək haqları arasında fərqə diqqət çəkib: "Azərbaycanda qadınların orta aylıq əmək haqqı 791 manat, kişilərin isə 1160 manatdır. Bu fərq qadınların pensiya məbləğlərinə də təsir göstərir".

V.Bayramov əlavə edib ki, qadın sahibkarlara 18,8 milyon manat güzəştli kredit verilib ki, bu da güzəştli kredit portfelinin cəmi 7,5 faizini təşkil edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər