"Azərbaycanda orta məktəblərdə kişi müəllimlərin sayı çox azdır"


  • 30 May 12:28

"Azərbaycanda orta məktəblərdə kişi müəllimlərin sayı çox azdır".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

Deputat bildirib ki, bu məsələ yalnız Elm və Təhsil Nazirliyinin deyil, cəmiyyətin ümumi problemidir: "Bu məsələ öz həllini tapmalıdır. Təklif edirəm ki, məktəb direktorları xüsusi olaraq kişi müavinlər təyin etsin. Hər bir məktəbdə həm qadın, həm də kişi psixoloq olmalıdır".

A.Mirzəzadə qeyd edib ki, bu yanaşma tərbiyə və tədris prosesində kişi faktorunun rolunu artırmağa kömək edə bilər: "Uşaqlar günün böyük hissəsini məktəbdə keçirir. Məktəb təkcə təhsil deyil, tərbiyə prosesində də ciddi rol oynayır. Kişilərin bu prosesdə fəal iştirakı artırılmalıdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər