"Cəmiyyət erkən nikahlara qarşı daha ciddi mövqe sərgiləməlidir"


  • 30 May 12:48

"Erkən nikahlarla bağlı bəzi problemlər hələ də qalır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib ki, cəmiyyət bu məsələ ilə bağlı daha ciddi mövqe sərgiləməlidir: "Əgər bir kəndin sakinləri 16 yaşlı qızın toyunda iştirak edirsə, demək erkən nikahlarla bağlı bəzi problemlər hələ də qalmaqdadır. Belə hallar əsasən bölgələrdə baş verir. Hüquq-mühafizə orqanları bu kimi hallarla bağlı müvafiq tədbirlər görür, lakin cəmiyyətin də öz reaksiya və münasibəti olmalıdır".

Ceyhun Məmmədov vurğulayıb ki, sağlam gəncliyin formalaşması cəmiyyətin əsas vəzifələrindəndir: "Bizim ən mühüm vəzifəmiz sağlam gənclik yetişdirməkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə ciddi işlər görür. Lakin insanlar da özləri dərk etməlidirlər ki, erkən nikahlar qəbuledilməzdir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər