Deputat: "Qadınlarımız yüksək vəzifələrdə və idarəetmədə təmsil olunurlar"


  • 30 May 12:51

"Gender bərabərliyi Azərbaycan xalqının genetik kodundadır. Lakin dövlətimiz bu məsələni öz axarına buraxmır və xüsusi nəzarət edir"

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

Deputat qeyd edib ki, Milli Məclisə təqdim edilən hesabatda ölkədəki real vəziyyət dolğun əksini tapıb: "Biz real vəziyyətə baxıb bu sahədə öz vəzifəmizi bilməliyik. Çünki bu, təkcə dövlətin deyil, cəmiyətin hər bir üzvünün, hər bir təssistaın vəzifəsidir. Statistika göstərir ki, qadınlarımız yüksək vəzifələrdə və idarəetmədə təmsil olunurlar. Təklif edirəm ki, ali məktəblərdə bütün ixtisaslarda gender bərabərliyi tədris olunsun. Belə mühüm məsələ, ixtisasından asılı olmayaraq, hər bir gələcək ziyalıya aşılanmalıdır. Bunun üçün xüsusi dərsliyin hazırlanması məqsədəuyğun olar".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər