- 31 May 10:14
"Elgün İbrahimovun ölümü ağır faciədir və cəmiyyətdə rezonans doğurub".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib.
O, Elgün İbrahimovun vəfatı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Deputat qeyd edib ki, bu hadisə ictimaiyyətdə ciddi rezonans doğurub və məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilib: "Təəssüf ki, istintaqın nəticələri açıqlanmadan, bəzən həqiqətə uyğun olmayan məlumatlar da paylaşılır".
Qüdrət Həsənquliyev bildirib ki, hüquq-mühafizə orqanları bu kimi hallarda daim prinsipial mövqe nümayiş etdiriblər: "Uzun illər ərzində bir çox cinayət hadisələrinin üstü illər sonra DİN və Prokurorluq tərəfindən açılıb. Cinayəti törədən şəxslər ədalət mühakiməsi qarşısına çıxarılıb və layiqli cəzalarını alıblar. Hüquq-mühafizə orqanlarımız bu kimi məsələlərdə hər zaman prinsipial mövqe tutublar".
Şəbnəm Mehdizadə