- 31 May 10:14
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.
E-huquq.az xəbər verir ki, bununla bağlı parlamentin deputatları spiker Sahibə Qafarovaya müraciət ediblər.
Növbədənkənar sessiyanın çağırılmasının səbəbi yaz sessiyası ərzində müzakirəsi yarımçıq qalan qanun layihələrinin, o cümlədən parlamentin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən toplantısında müzakirə edilərək, plenar iclasa tövsiyə olunan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” sənədin müzakirəsidir.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker Azərbaycan Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağıra bilər.