İcra məmuru vəzifəsinə qulluğa qəbulla bağlı YENİ TƏKLİF


  • 30 May 17:21

İcra məmuru vəzifəsinə qulluğa qəbul zamanı ali hüquq təhsili tələbinin aradan qaldırılması təklif olunur.

E-huquq.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında bu təkliflə çıxış edib.

"Bu təklif artıq Komitəmiz tərəfindən geniş müzakirə olunub. Komitənin mövqeyi ondan ibarətdir ki, məhkəmə qərarlarının icrası ilə məşğul olan şəxs üçün xüsusi olaraq hüquq təhsili mütləq şərt deyil. Hesab edirəm ki, bu dəyişiklik hazırda vakant olan vəzifələrə digər ixtisaslar üzrə ali təhsil almış şəxslərin cəlb edilməsinə imkan yaradacaq. İcra məmurlarının fəaliyyətinin spesifikası hüquq təhsili tələb etmir", - deyə o bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər