- 31 May 10:14
"2024-cü ildə məhkəmə qərarlarının icrası sahəsində əldə olunan nəticələr son beş ilin ən yaxşı göstəricisi hesab oluna bilər. Belə ki, hesabat dövründə təxminən 270 min iş icra olunub. Bu nailiyyət bir neçə sahədə aparılan islahatların sürətlənməsi ilə birbaşa əlaqəlidir".
E-huquq.az bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsini sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Xüsusilə "Elektron icra" informasiya sistemi daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılıb. Bundan əlavə, "Elektron hərrac" portalının istifadəyə verilməsi mühüm addım kimi qiymətləndirilir. Bu, tələbkarın da, borclunun da hərraca çıxarılan əmlakın satış prosesini tam şəffaf şəkildə izləməsinə imkan yaradır ki, bu da mütərəqqi bir yenilikdir", - deyə o bildirib.
Şəbnəm Mehdizadə