İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul etdi - FOTO - YENİLƏNİB


  • 2 İyun 14:57

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

E-huquq.az xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana “Bakı Enerji Həftəsi” ilə bağlı göndərdiyi məktuba görə təşəkkürünü bildirdi.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən Alparslan Bayraktar bir neçə gün əvvəl Laçında keçirilmiş tədbirlərdə iştirakını məmnunluqla xatırladı və həmin tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.

Görüşdə “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin bu sahədə beynəlxalq əməkdaşlığın qurulması, əlaqələrin genişləndirilməsi və yeni yanaşmaların tətbiqi baxımından rolu vurğulandı.

Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi və liderliyi ilə ölkələrimizin bir çox qlobal layihələr həyata keçirdikləri, həmçinin Türkiyə Petrolları (TPAO), BOTAŞ-la SOCAR arasında uğurlu əməkdaşlığın qurulması məmnunluqla qeyd edildi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə böyük sərmayədar olduğu vurğulandı.

Söhbət zamanı ölkəmizdə enerji, o cümlədən bərpaolunan enerji sahəsində mühüm layihələrin icra olunduğu qeyd edildi, Azərbaycan və Türkiyənin bu istiqamətdə əməkdaşlığının bundan sonra daha da genişlənəcəyinə ümidvarlıq bildirdi. Enerji sahəsində əməkdaşlığımızın geniş gündəliyə malik olduğu vurğulandı və bu xüsusda gələcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər