Hesablama Palatası: "Dövlət borcu və büdcə gəlirlərinin artımı arasında disbalans var"


  • 11:19

Ortamüddətli perspektivdə dövlət borcunun sürətlə artması ilə büdcə gəlirlərinin məhdud artımı arasında disbalans müşahidə olunub.

E-huquq.az xəbər verir ki, bu, Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, Palata disbalansın borca xidmət xərclərinin fiskal yükdə payını artıraraq fiskal manevr imkanlarını məhdudlaşdıra və prioritet xərclərin maliyyələşdirilməsinə təsir riskini yarada biləcəyi qənaətinə gəlib.

Təqdim edilmiş məlumatlara əsasən, bu ilin sonuna dövlət borcunun (xarici və daxili) həcminin 25,4 milyard manat səviyyəsində formalaşacağı və bu göstəricinin proqnozlaşdırılan ÜDM-in 19,6%-nə bərabər olacağı gözlənilir. Maliyyə Nazirliyinin təqdim etdiyi "2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə gəlir və xərclərin proqnozu" və dövlət borcunun ortamüddətli dövr üzrə göstəricilərinin təhlili bir sıra fiskal riskləri ön plana çıxarır. Belə ki, təqdim edilmiş məlumatlara əsasən, ortamüddətli dövrdə dövlət borcunun həcmi cari səviyyə (25,7 milyard manat) ilə müqayisədə təqribən 24,5 % artacağı halda, dövlət büdcəsinin gəlirləri dövrün sonuna cəmi 1,5 milyard manat və yaxud 3,9 % artacaq.

Oxşar xəbərlər