- 17:36
"Tərtər Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin liftlərdə texniki servis işlərinin görülməsi xidmətinin satınalınması ilə bağlı elan etdiyi tender ləğv edilib.
E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 3.681,60 manat olub.
Şəbnəm Mehdizadə