- 12:36
"Belçika və Niderland parlamentlərində qəbul edilən sənədlər Azərbaycanın daxili işlərinə müdaxilə və ölkəmizin suverenliyinə hörmətsizlik deməkdir".
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bugünkü plenar iclasında səsləndirib.
Deputat bildirib ki, Azərbaycan tərəfi bu yanaşmanı qətiyyətlə rədd edir.
O qeyd edib ki, sənəddə regionda baş verən proseslərə, eləcə də Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması məsələsinə toxunulmayıb.
T.Gəncəliyev bunu qərəzli yanaşma kimi qiymətləndirib: "Həmin ölkələrin parlamentləri öz keçmiş müstəmləkəçilik siyasətlərini müzakirə etmək əvəzinə, digər ölkələrdə nöqsan axtarmaqla məşğuldurlar".
Şəbnəm Mehdizadə