Deputat Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılmasını təklif edir


  • 11:25

"Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamə beynəlxalq hüquqa ziddir".

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında səsləndirib.

Deputat qeyd edib ki, bu sənəd beynəlxalq hüququn kobud şəkildə pozulmasının və qərəzli yanaşmanın təzahürüdür: "Qətnamədə Azərbaycanın guya Ermənistan ərazisini işğal etməsi iddia olunur, lakin regiondakı reallıqlar bunun tam əksini göstərir. Son iki ildə bölgədə ən sakit dövr yaşanır və bunu Ermənistan tərəfi də etiraf edir".

E.Mirzəbəyli vurğulayıb ki, qətnamənin məhz sülh danışıqlarının və dialoqun davam etdiyi bir vaxtda qəbul edilməsi onun əsl mahiyyətini ortaya qoyur: "Məqsəd revanşist qüvvələri ruhlandırmaq və regionda yeni gərginlik yaratmaqdır".

O əlavə edib ki, Azərbaycan daim sülhün və qarşılıqlı hörmətin tərəfdarı olub və bu mövqeyini qorumaqda davam edir.

Bununla yanaşı, deputat Milli Məclisdə Belçika ilə parlamentlərarası işçi qrupunun fəaliyyətinin dayandırılmasını təklif edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər